Hüseyinin boşandığı xanımı övladları ilə görüşməyə qadağa qoyub VİDEO
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ayrıldığı həyat yoldaşı İncinin ona uşaqlarını görməyə imkan vermədiyini söyləyib. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində söz açıb: "Ayrılmaq mənim istəyimlə olmayıb. Məni məcbur edib ora apazdırıblar ki, sənədləri yaz.
İki övladım var. İndi onları görə bilmirəm. Hər gün yanlarına gedərdim. Sadəcə, olaraq anaları sağ olsun, onun sayəsində olmur. İstəməzdim uşağı mənə qarşı istifadə etsinlər. İnanıram ki, qızlarım böyüyüb hər şeyi başa düşüb qayıdacaqlar.
İki qızıma da hazırda yaşadıqları mənzildən başqa ev hədiyyə etmişəm. Onları aparıb-gətirmək üçün avtomobil də almışam. Bir neçə ay əvvəl soruşsanız ağalayardım. İndi özümə gəlirəm".
İkinci dəfə aktrisa Aysel İbrahimova ilə ailə quran musiqiçi bu haqda da söz açıb: "Ailəmi dağıtmamışam ki, yenidən evlənim. Bir müddət keçəndən sonra ailə qurmuşam. Təbii ki, bu normal haldır. Əsas odur ki, xoşbəxtəm. O, hissin nə olduğunu artıq bilirəm.
Onu da qeyd edim ki, Aysel xanımın özü də qərar verib ki, zamanının çoxunu ailəsi ilə keçirsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB