“Digitalart-lab” layihəsi çərçivəsində ustad dərsləri davam edir

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə "Digitalart-lab" layihəsi iştirakçılarının qrafik dizayner və illüstrator Mahir Qafarov ilə "Zoom" proqramı vasitəsilə görüşü keçirilib.

Dövlət Rəsm Qalereyasından SİA-ya bildirilib ki, "Digitalart-lab" layihəsinin növbəti görüşü Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarında yayımlanıb.

Görüş zamanı maraq doğuran suallar cavablandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə