Bakı Uşaq və Gənclər Teatrı Xocalı faciəsinin ildönümünə həsr olunan film çəkir

Bakı Uşaq və Gənclər Teatrı qısametrajlı film çəkir. SİA-nın məlumatına görə, Xocalı faciəsinin ildönümünə həsr olunan filmin ssenari müəllifi və quruluşçu rejissoru respublikanın Əməkdar artisti İntiqam Soltan, rejissoru Rauf Hüseynli, bəstəkarı Mahir İbrahimlidir.

Bakı şəhərində, Qusar və Xaçmaz rayonlarında lentə alınan filmdə İkinci Qarabağ müharibəsinin döyüş kadrlarından istifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə