Dünya rəssamları üçün ksiloqrafik çap üzrə müsabiqə elan edilib
Ksiloqrafik çapda bədii incəsənət nümunələrini nümayiş etdirmək və tanıtmaq məqsədilə Qrenxen Triennalesi dünyanın hər yerindən olan rəssamlar üçün müsabiqə elan edib. SİA-nın məlumatına görə, müsabiqənin mövzusu "Vaxtsız zaman" adlanır.
İşlər ağ-qara rəngdə çap olunaraq ksiloqrafiya (tipoqrafik çap) ilə elektron formatda təqdim olunmalıdır.
Müsabiqənin qalibinə 1 min İsveçrə frankı dəyərində pul mükafatı veriləcək.
Müsabiqəyə təqdim edilən işlər İsveçrənin Qrenxen, Zoloturn və Evilar şəhərlərinin sərgi məkanlarında nümayiş etdiriləcək.
Müsabiqə haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün https://triennale.ch/ ünvanına daxil olmaq lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB