Dövlət Film Fondunda Xalq artisti Leyla Bədirbəylinin şəxsi arxiv fondu yaradılıb
Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, Dövlət mükafatları laureatı Leyla Bədirbəylinin şəxsi arxiv fondu yaradılıb. SİA-nın məlumatına görə, Xalq artisti Leyla Bədirbəylinin şəxsi arxiv fondunun yaradılması sənətkarın 100 illik yubileyinə ithaf olunub. Fonda görkəmli sənətkarın nadir fotoşəkilləri, əlyazmaları və s. arxiv sənədləri daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB