Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, Dövlət mükafatları laureatı Leyla Bədirbəylinin şəxsi arxiv fondu yaradılıb. SİA-nın məlumatına görə, Xalq artisti Leyla Bədirbəylinin şəxsi arxiv fondunun yaradılması sənətkarın 100 illik yubileyinə ithaf olunub. Fonda görkəmli sənətkarın nadir fotoşəkilləri, əlyazmaları və s. arxiv sənədləri daxil edilib.