Azərbaycanın və Latviyanın milli konservatoriyaları arasında əməkdaşlıq sazişi imzalanacaq - EKSKLÜZİV

Azərbaycanın və Latviyanın milli konservatoriyaları arasında əməkdaşlıq sazişi imzalanacaq - EKSKLÜZİV

Azərbaycan Milli Konservatoriyası və Latviyanın Milli Konservatoriyası arasında əməkdaşlıq sazişi imzalanacaq. Bu barədə SİA-ya açıqlamasında xalq artisti Mənsum İbrahimov bildirib.

O vurğulayıb ki, Azərbaycan Milli Konservatoriyasının direktoru, xalq artisti Siyavuş Kərimi Latviyanın simfonik orkestrinin müşayiəti ilə konsert proqramının açılışında iştirak edəcək: "Açılış mərasimindən sonra konsert proqramının davamında hər iki konservatoriya arasında əməkdaşlıq haqqında razılıq əldə olunacaq".

M.İbrahimov onu da qeyd edib ki, layihə müddətində həmçinin master klasslarda təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə