“Vətənin gözəlliyi uşaqların gözü ilə” adlı tədbir-sərgi təşkil olunub - FOTOSESSİYA
Bu gün Azərbaycan İstiqlal Muzeyində 18 May – Beynəlxalq Muzeylər Gününə həsr olunan "Vətənin gözəlliyi uşaqların gözü ilə" adlı tədbir-sərgi təşkil olunub. SİA-nın məlumatına görə, sərgidə Şamaxı şəhər İmadəddin Nəsimi adına Uşaq İncəsənət məktəbinin, Bakı şəhər Tofiq Quliyev adına 12 saylı Uşaq Musiqi məktəbinin və Respublika Gənc Turistlər və Diyarşünaslıq mərkəzinin dərnək şagirdlərinin əsərləri nümayiş olunub.
Sərginin təşkilatçıları Azərbaycan İstiqlal Muzeyi və "Azərbaycan Musiqisinin İnkişafı və Tədrisi" İctimai Birliyidir.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, "Azərbaycan Musiqisinin İnkişafı və Tədrisi" İctimai Birliyinin sədri G.Səfərova, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Rəssamlar İttifaqının nümayəndəsi və başqaları çıxış ediblər.
Tədbirdə Şamaxı şəhər İncəsənət məktəbinin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Tədbirdə Bakı və Şamaxı şəhərləri məktəblərinin şagirdləri, Prezident
Qvardiyasının əsgərləri, Heydər Əliyev adına Hərbi məktəbin kursantları və
digər qonaqlar iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB