Qaiq Yusifzadə: “Onun səsi Rəşid Behbudovun səsinə çox bənzəyir”

Qaiq Yusifzadə: “Onun səsi Rəşid Behbudovun səsinə çox bənzəyir”

SəsTV-nin maraqlı qonaqlarından birini də sizlərə təqdim edirik, Nəsrullayev İbrahim. Bakı şəhər 3 saylı Uşaq İncəsənət Məktəbinin şagirdidir. Həm müəllimi, Respublikanın əməkdar artisti Ziya Bağırov, həm də bu balaca oğlanın istedadına bələd olanlar onu gələcəkdə hansı xarüqələr yaradacağına əmindirlər. İndiyədək balaca İbrahimin çıxış etdiyi Rəşid Behbudov adına Mahnı Teatrının, Yaşıl Teatrın, Azərbaycan Dövlət Milli Dram Teatrının,Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının, Kopelhaus orqan musiqi zalının səhnəsindən onun səsini dinləyən tamaşaçılar da inanırlar ki, o Azərbaycanın adını, mədəniyyətini uca tutanların ən layiqli davamçısı olacaq.

İbrahim Nəsrullayevi bizim studiyaya gətirən Moskvalı Həmyerlilər Evinin Azərbaycandakı sədri Yusifzadə Qaiq Yusifoviç adlı soydaşımız onun vokalist kimi gələcəkdə Azərbaycanı layiqincə təmsil edəcəyini bildirdi. SİA qısa müsahibəni təqdim edir.

- Artıq vokalist kimi tanıdığımız İbrahimin Azərbaycan musiqisevərlərinə təqdim olunmasında sizin dəstəyiniz xüsusilə hiss olunur. Bu istedadlı uşağın fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Çox sağ olun, çox maraqlı sualdır. Sizə deyim ki, İbrahimi birinci dəfə Rus Mədəniyyət Mərkəzinin rəhbəri Svetlana Nikolayeva kəşf edib, üzə çıxarıb. Bundan əvvəl mən onu tanımırdım. Keçən ilin oktyabr ayında bizdə tədbir var idi. Azərbaycanın və Gürcüstanın rus dilində yazan yazıçılarının təqdimatı ilə bağlı keçirilən konsertdə İbrahim də iştirak etdi. İbrahimin səsini eşidəndə mənə elə gəldi ki, Rəşid Behbudova qulaq asıram və o vaxtdan da mən söz verdim ki, o bizim gələcəyimizdir, Azərbaycanın ulduzudur. Onu dəstəkləməyi mən özümə borc bilirəm.

- Siz söylədiniz ki, onu dinləyəndə Rəşid Behbudova qulaq asmış kimi oluram. Sizcə musiqi dünyasına ikinci Rəşid Behbudovun qədəm qoyduğunu söyləmək olarmı?

- Hesab edirəm ki, olar. Çünki tək mən yox, ona qulaq asan Milli Məclisin deputatları, bəzi qonaqlar, Musiqi Akademiyasının nümayəndələri də bildirdilər ki, bəli, onun səsi Rəşidin səsinə çox bənzəyir.


Gələcək ulduzun, Azərbaycan övladının vokal sənətini davam etdirməsi, ali musiqi təhsili almasına yardımçı olmaq istəyəyənlərə İbrahimin bank hesabını xatırladırıq:

Bankın rekvizitləri

Ünvan: 7-ci mkr 31/23 məhlə

Adı: Kapital bank 1 saylı Binəqədi rayon filalı

Kodu: 200156

VÖEN: 9900003611

Müxbir hesab: 0137010001944

SWIFT BİK: AİİBAZ2X

Təşkilatın adı: Nəsrullayeva Reyhan Adil qızı.

Hesablaşma hesabı: 38010019441502183115

Bütün xəbərlər Facebook səhifəmizdə