“İz... Qala” filmi Xarkovda beynəlxalq festivalda nümayiş olunacaq

“İz... Qala” filmi Xarkovda beynəlxalq festivalda nümayiş olunacaq
Tanınmış rejissor Şamil Əliyevin "İz... Qala" qısametrajlı filmi mayın 15-dən 19-dək Ukraynada keçiriləcək "Xarkov payızı" III Beynəlxalq qısametrajlı filmlər festivalının əsas müsabiqəsində iştirak edəcək.

SİA-nın məlumatına görə, müsabiqədə 6 ölkəni - Azərbaycan, ABŞ, Fransa, Belarus, Rusiya və Ukraynanı təmsil edən 49 rejissorun filmləri nümayiş olunacaq.

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnamə" studiyasında çəkilmiş "İz...Qala" filmi 2010-cu ildə Kann kinofestivalında, bu ilin əvvəlində isə Nyu-Yorkda qısametrajlı filmlər festivalının əsas müsabiqəsində iştirak edib.

Ekran əsərinin ssenari müəllifi Nadir Bədəlov, operatoru Elşən Əliyev, rəssamı Rafis İsmayılov, bəstəkarı Elmir Mirzəyevdir. Film nadir etnoqrafik-antropoloji mədəniyyət abidəsi olan Bakıətrafı Qala qəsəbəsi haqqındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə