“Bizi birləşdirən mədəniyyət” layihəsinin budəfəki qonağı gənclər olub

“Bizi birləşdirən mədəniyyət” layihəsinin budəfəki buraxılışı gənclərə həsr olunub. SİA-nın məlumatına görə, verilişin qonaqları VI Muğam Televiziya Müsabiqəsinin iştirakçısı Məftun Məmmədov , gənc qrafik rəssam Tural Hüseyn, xanəndə Gülzar Fərəcova olub.

Məftun Məmmədov müsabiqə ilə bağlı təəssüratlarını bölüşüb. Dərs aldığı müəllimləri, muğam sənətə sevgisindən söz açıb. Tural Hüseyn “Rənglənmiş tarix” layihəsi ilə bağlı məlumat verib. Layihənin ərsəyə gəlməsi, cəmiyyətin bu layihəyə marağından bəhs edib. Gülzar Fərəcova muğam televiziya müsabiqəsindən bu günə kimi fəaliyyətindən söz açıb. Verilişin iştirakçısı olan gənc istedadlar yaradıcılıq uğurlarını tamaşaçılarla bölüşüblər.

Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” verilişi həftəiçi saat 19:00-da Beynəlxalq Muğam Mərkəzindəən canlı olaraq tamaşaçılarla görüşə gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...