Bakı şəhər Xalq teatrları festivalının qaliblərinin təqdimat mərasimi keçirilib
Bu gün Abdulla Şaiq adına Dövlət Kukla Teatrında Bakı şəhər Xalq teatrlarının festivalı qaliblərinin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, festival qalibləri aşağıdakılardır:
I yer- H.Abbasova dına Mədəniyyət evinin dram dərnəyi;
II yer- Xətai rayon Mədəniyyət Mərkəzinin Qaravəlli teatrı;
III yer- R.Axundov adına Mədəniyyət evinin S.Ruhulla adına Xalq teatrı;
Ən yaxşı rejissor işi - H.Abbasova adına Mədəniyyət Evinin dram dərnəyinin rəhbəri Mehriban Məmmədhüseynzadə;
Ən yaxşı musiqi tərtibatı - Xətai rayon Mədəniyyət Mərkəzinin Qaravəlli teatrının rejissoru Sərvər Əliyev;
Ən yaxşı qadın rolunun ifaçısı - Şüvəlan qəsəbə Mədəniyyət evinin dram dərnəyinin üzvü Ayna Feyzullayeva;
Ən yaxşı kişi rolunun ifaçısı - İ.Əbilov adına Mədəniyyət Mərkəzinin Ə.Ələkbərov adına Xalq teatrının aktyoru Elşən Əliyev mükafata layiq görülüblər.
Festival mədəniyyət müəssisələrində fəaliyyət göstərən Xalq teatrları və dram dərnəklərinin işinin daha da səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi, onların fəaliyyətini dövrün tələblərinə uyğun qurmaq, müasir formaların tətbiq olunması, əhalinin teatr sənətinə marağının artırılması məqsədi ilə təşkil olunub.
Qeyd edək ki, festivalın münsiflər heyətinin tərkibinə Könül Axundova, Atababa Hacıbabayev, Loğman Kərimov, Azad Şükürov, Aydın Əzimov daxildir.
Festivalda qalib gələnlər Xalq Teatrlarının Ümumrespublika baxış müsabiqəsinə vəsiqə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB