Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi pandemiya dövründə oxuculara ədəbiyyatı təbliğ etmək məqsədilə “Onlayn müzakirə” rubrikasında ədəbiyyatşünaslarla, yazıçı və şairlərimizlə müntəzəm görüşlər keçirir. Rubrikanın təşkilində və keçirilməsində izləyicilərin rəy və təklifləri əsas götürülür.
Kitabxanadan SİA-ya bildirilib ki, “Onlayn müzakirə”nin növbəti qonağı “Yayım” Assosiasiyasının prezidenti Yaşar Zeynalov olub. Yaşar Zeynalov, həmçinin “Yeni nəşrlər” kataloq-jurnalının baş redaktorudur.
Kitabxananın “Instagram” hesabı üzərindən canlı olaraq yayımlanan görüşdə bədii ədəbiyyat, kitab və kitabın təbliği kimi mövzular müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB