Beynəlxalq Muzeylər Günü münasibətilə Qobustan Milli Tarixi-Bədii Qoruğu sosial media vasitəsilə “Qobustanın qayasında təsvir ol” kampaniyası elan edib. SİA-nın məlumatına görə, bu kampaniyaya qoşulmaq istəyənlər Qobustanda çəkilmiş fotolarını qoruğun “facebook” və “instagram” hesablarında paylaşmalıdırlar.
Həmin fotolar Qobustanın ICOM posterinin dizaynında istifadə ediləcək. Həmçinin 18 may saat 15:00-da yaradıcılığında Qobustan qayaüstü təsvirlərinin motivlərindən istifadə edən rəssam-keramist Mir Teymur Məmmədovla qoruğun “facebook” səhifəsində canlı görüş olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB