Ruslana: “Eldar və Nigarın ifa etdikləri mahnı Almaniyanı silkələyəcək” - FOTO

Ruslana: “Eldar və Nigarın ifa etdikləri mahnı Almaniyanı silkələyəcək” - FOTO
Azərbaycanın "Eurovision-2011" müsabiqəsindəki təmsilçiləri Eldar Qasımov və Nigar Camal Balkan ifaçısı Goran Bregovicin Kiyevdə keçirilən konsertində iştirak ediblər. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, həmin konsertdə "Eurovision-2004" müsabiqəsinin qalibi Ruslana da iştirak edib.

Aprelin 20-də Kiyevdə baş tutan konsertdə Azərbaycan təmsilçiləri Düsseldorfun "Fortuna Arena"sında ifa edəcəkləri "Running Scared" mahnısını təqdim ediblər. Onların çıxışlarını konsertə gələn 4500 tamaşaçı izləyib və Azərbaycan təmsilçilərinin çıxışını alqışlayıblar. Bu mahnı Ukrayna tamaşaçıları tərəfindən çox bəyənilib.

Bundan əlavə, Eldar və Nigarın "Eurovision-2004" ilin qalibi Ruslana ilə görüşləri də baş tutub. Görüş zamanı Ruslana təmsilçilərə müsabiqə ilə bağlı fikirlərini və təcrübəsini bölüşüb.

Görüşdən sonra isə "Eurovision" qalibi Azərbaycan təmsilçiləri ilə bağlı fikirlərini bölüşüb: "Baxmayaraq ki, onların mahnısı çox sakit və romantikdir, düşünürəm ki, bu duetdə "Eurovision" səhnəsini və tamaşaçıları heyrətləndirmək üçün çox böyük bir potensial var. Eldar və Nigarın ifa etdikləri mahnı Almaniyanı silkələyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə