Natiq Mustafayev dünyasını dəyişib

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin kollektivi bildirir ki, 28 aprel 2020 il tarixində Mərkəzin Elmi işləri üzrə direktor müavini Natiq Mustafayev dünyasını dəyişib.

Natiq Kamal oğlu Mustafayev 23 may 1960-cı il tarixində anadan olmuşdur. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını Fortepiano ixtisası üzrə bitirmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur. Pedaqogika üzrə fəlsəfə doktorudur.

Natiq Mustafayev müxtəlif dövrlərdə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində metodist, baş metodist və Bədii təhsil şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə