Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Bərpanəşr” layihəsi nadir kitabların yenidən çap olunaraq oxuculara təqdim olunmasında mühüm rol oynayır. Layihə çərçivəsində uşaq ədəbiyyatı üzrə 58 adda kitab işıq üzü görüb. SİA-nın məlumatına görə, F.Köçərli adına Respublika Uşaq Kitabxanası görmə, eşitmə və nitq qabiliyyəti zəif, sağlamlıq imkanları məhdud uşaqlar üçün bu layihə çərçivəsində ərsəyə gəlmiş 11 adda kitabı brayl əlifbası və jest dilinə tərcümə etdirərək uşaqlara təqdim edib.
Layihənin həyata keçirilməsində əsas məqsəd, kiçik yaşlı oxucuları ötən illərdə işıq üzü görmüş uşaq kitablarının yenidən latın əlifbası ilə nəşr edilərək nəfis tərtibatda uşaqlara təqdim etməkdir.
Qeyd edək ki, azyaşlı oxucular evdə qaldıqları müddəti səmərəli keçirmələri üçün kitabxananın clb.az saytına daxil olaraq Yeni ədəbiyyat bölməsindəki kitablarla tanış ola bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə