Bu gün Türk Dövlətləri Təşkilatının XİN rəhbərləri İstanbula toplaşır

Türk Dövlətləri Təşkilatı ölkələrinin xarici işlər nazirləri martın 7-də İstanbulda fövqəladə sammit keçirəcəklər. SİA TDT-nin rəsmi açıqlamasına istinadən xəbər verir ki, görüş Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə keçiriləcək.

"İclasda TDT ölkələrinin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın xarici işlər nazirləri, həmçinin baş katib Kubanıçbek Ömuraliyev iştirak edəcəklər. Görüş zamanı əsas diqqət cari beynəlxalq və regional proseslərə, Türk dünyası ölkələri arasında siyasi dialoqun gücləndirilməsinə, institusional əməkdaşlığın genişləndirilməsinə və birgə təşəbbüslərin təşviqinə yönəldiləcək", - bəyanatda bildirilib.

Təşkilatdan əlavə edilib ki, tərəflər TDT çərçivəsində inteqrasiyanın daha da dərinləşdirilməsi və fəaliyyətin əlaqələndirilməsi üzrə addımları müzakirə edəcəklər.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə