"Azərbaycan xalqı ilə tam həmrəyik" - ABŞ səfirliyi Naxçıvana dron hücumunu pislədi
ABŞ 5 mart tarixində İran tərəfindən Naxçıvana qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatları ilə hücumları qətiyyətlə pisləyib. SİA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi rəsmi açıqlamasında bildirib. Səfirliyin bəyanatında qeyd olunur ki, Vaşinqton baş verən hadisə ilə bağlı Azərbaycan xalqı ilə tam həmrəy olduğunu ifadə edir.
Diplomatik nümayəndəlik həmçinin vurğulayıb ki, ABŞ səfirliyi vəziyyətin inkişafını diqqətlə izləyir və hücum nəticəsində yaralanan şəxslərə tezliklə sağlamlıqlarını bərpa etməyi arzulayır.
Mətləb Salahov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB