"Naxçıvana dron hücumu regional və qlobal təhlükəsizliyə təhdid yaradır" - xorvatiyalı nazir
"Xorvatiya İranın Naxçıvana hücumunu pisləyib." SİA-nın məlumatına görə, bu barədə Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Qrliç-Radman bu barədə "X"dəki hesabında yazıb. "Azərbaycanın Naxçıvan Muxtar Respublikasına, o cümlədən onun hava limanına qarşı İranın pilotsuz uçuş aparatı ilə əsassız hücumlarını qətiyyətlə pisləyirik" , - o bildirib.
Nazir qeyd edib ki, bu hücum regional və qlobal təhlükəsizliyə təhdid yaradır: "Biz İranı regionda gərginliyin daha da artmasına səbəb ola biləcək bu cür hərəkətlərə dərhal son qoymağa çağırırıq. Biz Azərbaycanla həmrəyliyimizi ifadə edirik".
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB