Muzeylərə virtual səyahət layihəsinin növbəti təqdimatı FOTOLAR

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondu ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı insanların evdə asudə vaxtlarını səmərəli keçirməsi üçün maraqlı layihəyə start verib. “Evdə qal və evdə öyrən” çağırışı ilə həyata keçirilən bu layihə ölkədə fəaliyyət göstərən muzeylərə virtual səyahət edərək vətəndaşların ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmasına imkan yaradacaqdır. Layihə çərçivəsində ilk virtual səyahət Heydər Əliyev Mərkəzində yerləşən muzeyə təşkil edilib.

SİA-nın məlumatına görə, bu gün növbəti virtual səyahət incəsənət sahəsində aparıcı muzeylərdən olan Azərbaycan Milli İncəsənət Muzeyinə həsr olunub. Virtual tur zamanı izləyicilərə muzeyin kolleksiyasında qorunub saxlanılan bir sıra nadir eksponatlar nümayiş etdirilir, onlar haqqında ətraflı məlumat verilir.

Azərbaycanın bir sıra aparıcı muzeylərini əhatə edəcək bu layihə vətəndaşların və xüsusilə də gənclərin mənəvi cəhətdən zənginləşməsinə, fərdi inkişafına və biliklərini artırmasına xidmət edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə