Qələbənin 75 illiyinə həsr olunmuş müsabiqə elan olunur

“Evdə qal, evdə yarat” təşəbbüsü çərçivəsində keçirilən tədbirlərin sırasında Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı

MÜSABİQƏSİ

Bakı - 2020

I. Ümumi Məlumat

1. Adı

Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı üzrə müsabiqə

Bakı, aprel-may 2020-ci il.

2. Təşkilatçılar

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Azərbaycan Bəstəkarlar İttifaqı

3. Müsabiqənin strukturu

Müsabiqə bir kateqoriya üzrə - vətənpərvərlik ruhunda mahnı - seçim turundan ibarətdir.
Seçim mərhələsi sənədlərə və audio yazılara əsaslanır və müsabiqənin iştirakçılarını müəyyənləşdirir.

4. Müsabiqənin keçirilmə tarixi

10 aprel - 9 may, 2020-ci il

5. Müsabiqənin keçirildiyi yer

Azərbaycan Bəstəkarlar İttifaqı

(Xaqani küçəsi, 53, Bakı)

6. Münsiflər heyəti

Firəngiz Əlizadə – sədr

Cəlal Abbasov – üzv

Gövhər Həsənzadə – üzv

Həcər Babayeva – üzv

Elnara Dadaşova – üzv

Lətifəxanım Əliyeva – kordinator

II. Müsabiqədə iştirak üçün müraciət

1. Uyğunluq

Müsabiqədə yaşı 20-dən yuxarı olan peşəkar bəstəkarlıq təhsili almış musiqiçilər iştirak edə bilərlər.

2. Son müraciət tarixi

9 may 2020-ci il

İştirakçılar azcomposersunion@gmail.com elektron ünvanına mahnının yüksək formatda yazılmış audio versiyasını, öz şəkil və qısa yaradıcılıq xülasəsini göndərərək qeydiyyatdan keçə bilərlər.

Göndərilən musiqi parçaları ənənəvi musiqi mədəniyyətimizin zənginliyi və daxili rəngarəngliyini əks etdirməklə yanaşı, həmçinin vətənpərvərlik ruhunu da dinləyicilər üçün ən aydın və cəlbedici şəkildə çatdırmağa müvəffəq olmalıdır.

3. Qeydiyyatdan keçmə qaydası

Müsabiqəyə qeydiyyat yalnız onlayn şəkildə aparılır. İştirakçılar tərəfindən fərdi şəkil, yaradıcılıq xülasəsi və audio yazı (5 dəqiqədən çox olmamaq şərti ilə) yuxarıda qeyd olunan elektron ünvana göndərilməlidir. Ərizənin doldurulduğu tarixdən 6 ay əvvəldən tez olmayaraq öndən, sinədən yuxarı çəkilmiş və yüksək keyfiyyətli rəqəmsal formatda şəkillər olmalıdır (minimum 300 dpi). Şəkillərin istifadəsinə dair müəllif tərəfindən iddia olunmamalıdır. Şəkillərdən rəsmi proqramlarda, web-saytlarda və ictimai əlaqələr məqsədilə istifadə olunacaqdır.
Qeydiyyat forması tam doldurulmadığı halda, həmin ərizənin qəbulu prosesi dayandırıla bilər.

4. Qeydiyyat ünvanı

Müsabiqə ilə bağlı ətraflı məlumatı azcomposersunion@gmail.com elektron ünvanı vasitəsilə əldə etmək mümkündür.

5. Seçim mərhələsi

Seçim mərhələsi ərizəçilər tərəfindən təqdim olunmuş musiqi parçalarına əsasən həyata keçiriləcəkdir.
III. Müsabiqədə iştirak

1. Müsabiqə çıxışları

Müsabiqə dinləyicilər üçün qapalı şəraitdə keçirilir.
Müsabiqənin qalibləri barədə məlumatlar əsas mərhələ başa çatdıqdan sonra mct.gov.az saytında rəsmi olaraq yayımlanacaqdır.

2. Rəy

5 nəfərdən ibarət Münsiflər heyəti reytinq qiymətləndirmə sisteminə əsasən iştirakçıların təqdim etdiyi mahnılara öz rəyini bildirəcək. Münsiflərin ayrı-ayrılıqda qərarlaşdırdıqları fərdi qiymətləndirmə siyahıları ümumi cədvələ köçürüləcək və orta qiymətləndirmə hesabatı ictimaiyyətə açıqlanmazdan əvvəl münsiflər tərəfindən müzakirə olunacaq.
Müsabiqə zamanı münsiflərlə iştirakçılar arasında heç bir ünsiyyətə icazə verilmir. Bu qayda müsabiqəni tərk etmiş iştirakçıya aid edilmir.
Münsiflər heyətinin verdiyi qərara qarşı heç bir etiraz və ya şikayət qəbul edilmir.

3. Mükafatlar

Qran-Pri - 2 000 manat məbləğində pul mükafatı
Birinci yer - 1 500 manat məbləğində pul mükafatı
İkinci yer - 1 250 manat məbləğində pul mükafatı
Üçüncü yer - 1 000 manat məbləğində pul mükafatı

Münsiflər heyəti yerlərdən hansınısa heç bir iştirakçıya verməmək və ya eyni yeri bir neçə iştirakçıya vermək hüququna malikdir

Əgər bir neçə qalib eyni yeri tutarsa, onda həmin yer üçün müəyyən edilmiş mükafat həmin qaliblər arasında tam şəkildə bölüşdürülməlidir
Qaliblərə təşkilatçılar və fərdi şəxslər tərəfindən müsabiqəni dəstəkləmək məqsədilə əlavə mükafatlar təqdim oluna bilər
Mükafatlar qaliblərə şəxsən nağd pulla təqdim ediləcəkdir.

IV. Digər Məsələlər

1. Məhdudiyyətlər

Müsabiqəyə göndərilmiş musiqi materialı daha öncə heç bir kütləvi informasiya vasitəsi və tədbirlərdə səslənməməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...