Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda "Qızıl qələm" mükafatı laureatı Şövkət Zərin Horovlunun "Arazdan gələn səs" romanının təqdimatı, müzakirəsi və imza mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimində AYB-nin katibi Rəşad Məcid, şairlər Oqtay Rza və İlyas Tapdıq, tənqidçi Əsəd Cahangir və başqaları iştirak ediblər.
Tədbiri açıq elan edən AYB-nin katibi Rəşad Məcid bildirib ki, bu mövzuda romanın çap olunması təqdirəlayiq haldır: "Ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri bir kitaba sığdırmaq mümkün deyil. Ancaq buna baxmayaraq belə mövzuda əsər yazmağın özü müsbət hal kimi qiymətləndirilməlidir".
Türk Törə Ocağının sədri və Beynəlxalq Mahmud Kaşqari Fondunun icraçı direktoru Elxan Zal Qaraxanlı Şövkət Zərinə "San yarlığı" mükafatını təqdim edib.
Məlumat üçün bildirək ki, bu mükafat müəllifə vətənpərvərlik mövzusunda yazdığı əsərlərə və "Arazdan gələn səs" romanına görə verilib.
Qeyd edək ki, roman Qarabağ mövzusunda olub, erməni işğalçılarının azərbaycanlılara qarşı törətdikləri azğınlıqdan bəhs edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB