Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə Yasamal rayonunda yerləşən mərkəzi parkda “Hər kəs bir kitab oxusun” şüarı adı altında sakinlərlə görüş keçirib. SİA-nın məlumatına görə, görüş zamanı bu günün önəmindən danışılıb, tarixinə nəzər salınıb.

Kitabxananın əməkdaşı Ülkər Nağıyeva sakinlərə kitabxananın fəaliyyəti, fondu haqqında geniş məlumat verib, sakinlərin suallarını cavablandırıb.

Görüş zamanı sakinlərə Azərbaycan tarixilə bağlı disk və rus dilində ədəbiyyat nümunələri hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə