Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2-ci bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2020-ci il üçün Mədəniyyət Nazirliyi aşağıdakı müəyyən edilmiş tədbirlər üzrə müsabiqə elan edir.
1. Xalq yaradıcılığı və sənətkarlığın inkişafına dair təşəbbüslər
2. “Müasir dünyanın multikultural məkanı: Azərbaycan” mövzusunda tədbirlərin təşkilinə dair təşəbbüslərin dəstəklənməsi
3. Regionlarda mədəni-kütləvi tədbirlərin dəstəklənməsinə dair təşəbbüslər
“Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2.2-ci bəndinə uyğun olaraq, müsabiqədə iştirak etmək istəyən QHT-lər 2020-ci ilin mart ayının 03-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun aşağıdakı sənədlərlə birlikdə Nazirliyə təqdim etməlidir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Müsabiqə Komissiyasının sədrinə məktub;
QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
Tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili;
Tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar;
Tədbirin keçiriləcəyi yer və tarix;
Tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə);
Tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar.
Ünvan: AZ 1000, Bakı şəhəri, Hökumət Evi, Ü.Hacıbəyov küçəsi 40.
Tel: (012) 498-79-53
(012) 498-20-62
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Əlaqələndirici şəxs:
Elnarə Quliyeva
Email: [email protected]
Tel: (012) 498-79-53
(012) 498-20-62
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB