Həmidə Ömərova "professor" elmi adına layiq görüldü

Xalq artisti Həmidə Ömərova "professor" elmi adına layiq görülüb. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən məlumat verilib. Universitetin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edən aktrisanı sənət dostları da sosial şəbəkədə təbrik edib.

Qeyd edək ki, sənətçi Prezidentin fərdi təqaüdçüsüdür. İndiyədək onlarla tamaşa və filmdə rol alan H.Ömərova hazırda “Ata ocağı” serialına çəkilir.

Bütün xəbərlər Facebook səhifəmizdə