Kinematoqrafçılar İttifaqı Meksika səfirliyi ilə birgə müsabiqə keçirəcək

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Meksikanın ölkəmizdəki səfirliyi ilə birgə müsabiqə keçirəcək. İttifaqın mətbuat xidmətindən SİA-ya bildirilib ki, Meksikanın İdalqo Ştatı Avtonom Universiteti və onun Xeyriyyə Fondunun əlaqələndirdiyi “Beynəlxalq təsvir festivalı-2020”nin “Beynəlxalq təsvir müsabiqəsi - 2020” adlanan tədbir bu il təşkil olunacaq.

Müsabiqə əcnəbi mədəniyyət adamlarına yanvarın 26-dək açıqdır və qeydiyyat www.fini.mx portalında aparılır.

Qeyd edək ki, müsabiqə su mövzusuna həsr olunub və iştirakçılar tələbə mütəxəssis kateqoriyalarından olmaqla foto, sənədli video, plakat və alternativ texnika janrlarında iştirak edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə