İsraildə Milli Qəhrəmanımız Albert Aqarunovun xatirəsinə həsr olunmuş layihə

Fevralın 2-də İsrailin Tel-Əviv şəhərində Rusiya Mədəniyyət Mərkəzində “Qürbətdən Vətən Sədaları: İsrail-Azərbaycan” layihəsi həyata keçiriləcək. Mədəniyyət Mərkəzindən SİA-ya bildirilib ki, Azərbaycan Gənclər Gününə təsadüf edən layihə Azərbaycan Gənclər Fondunun 13-cü qrant müsabiqəsində qalib elan olunub. Milli Qəhrəmanımız Albert Aqarunovun əziz xatirəsinə həsr olunmuş tədbirin İsrail tərəfdən təşkilati dəstəyi “AZİZ” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasıdır.

Layihədə məqsəd İsraildə yaşayan azərbaycanlı gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi, həmçinin tədbir vasitəsilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə bir daha çatdırılmasıdır. Bədii hissədə Xalq artisti Zümrüd Məmmədova, beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli (piano), Neymət Mürsəlov (tar), İlahə İsrafilova (bəstəkar) ilə yanaşı, İsraildə təhsil alan azərbaycanlı peşəkar skripkaçılar Zərifə Alxazova və Qəmər Kərimlinin iştirakı gözlənilir.

Tədbirdə Azərbaycanın görkəmli bəstəkarları Ü.Hacıbəyli, V.Adıgözəlov, Q.Qarayev, F.Əlizadə, İ.İsrafilovanın əsərləri ilə yanaşı, dünya bəstəkarların əsərləri səsləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...