Azərbaycan “Eurovision-2011”də 18 nömrə altında çıxış edəcək FOTO

Azərbaycan “Eurovision-2011”də 18 nömrə altında çıxış edəcək FOTO
Bu gün Düsseldorfda "Eurovision-2011" müsabiqəsinin iştirakçılarının çıxış ardıcıllığını müəyyənləşdirmək üçün püşkatma keçirilib. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 10-da Azərbaycanın yarımfinalında 18 nömrə altında çıxış edəcək. Həmin gün "Düsseldorf Arena"da yeddinci çıxışçı Rusiya təmsilçisi Aleksey Vorobyov, dördüncü çıxışçı Ermənistan təmsilçisi, doqquzuncu çıxışçı Gürcüstan təmsilçisi olacaq.

Mayın 12-də keçiriləcək ikinci yarımfinalda Belarus təmsilçisi 16, Latviya 17, Moldova 7, Ukrayna 6, Estoniya 15 nömrə altında çıxış edəcək.

"Eurovision-2010" müsabiqəsinin qalibi Lena Mayer-Landrut mayın 14-də keçiriləcək finalda səhnəyə 16 nömrə altında çıxacaq. Fransa təmsilçisi Amori Vassili və Britaniyanın "Blue" pop-qrupu səhnəyə müvafiq olaraq 11 və 14-cü olaraq çıxacaqlar. İtaliya və İspaniya təmsilçiləri isə 12 və 22 nömrə altında çıxış edəcəklər.

Qeyd edək ki, Azərbaycanı "Eurovision-2011" mahnı müsabiqəsində Eldar Qasımov və Nigar Camal təmsil edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə