Bakıda fenomen gitara ifaçısı Filiqanın və tarzən İsmayıl Zülfüqarovun “Tar-Gitara dueti” adlı konserti olub. SİA-nın məlumatına görə, konsert Fransanın Azərbaycandakı səfirliyi, Fransız İnstitutunun, Azərbaycan-Fransız Universitetinin (UFAZ) və s. qurumların təşkilatçılığı ilə reallaşıb.
Filiqanın bu layihəsi Azərbaycan ilə Fransa arasında mədəni əməkdaşlığın bir hissəsidir. Fransız gitaraçının gənc və istedadlı tar ifaçısı İsmayıl Zülfüqarov ilə təsadüfi tanışlığı tar-gitara duetinın yaranmasına təkan verib.
Konsertdən əvvəl Fransa səfirliyinin mədəniyyət üzrə müşaviri Jerom Kel Azərbaycan ilə Fransa arasında mədəni əlaqələrin inkişaf etdirilməsi üçün belə mədəni tədbirlərin təşkilindən məmnunluğunu bildirib. O, gələcəkdə azərbaycanlı musiqiçilərin də Fransada konsertlərinin keçirilməsinə dəstək verəcəklərini qeyd edib.
“Gəl ey səhər”, “Zibeydə”, “Windy and warm” və digər kompozisiyaların sintezinin təqdim olunduğu konsert tamaşaçılarda xoş təəssürat oyadıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB