“Eurovision-2011”də Azərbaycanı Eldar Qasımov və Nigar Camal təmsil edəcək- FOTO
Bu gün "Eurovision 2011" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçının seçilməsi üçün Azərbaycan Dövlət Akakdemik Milli Dram Teatrının səhnəsində yekun konsert proqramı keçirilib. SİA-nın məlumatına görə ilk olaraq rəqqasların çıxışları ilə başlayıb. Sonra isə aparıcı Leyla Əliyeva yekun konsert proqramını açıq elan edib. Səhnəyə çıxan "Eurovision- 2010"da Azərbaycanı təmsil edən və beşincilik qazanan Səfurə Əlizadə "Drip- drop" mahnsını ifa edib.
İfaçıların hər biri 4 mahnıdan ibarət xüsusi repertuarla çıxış edib. İlk əvvəl Nigar Camal, ikinci Aynişan Quliyeva, sıra ilə İlqarə İbrahimova, Eldar Qasımov və İlhamə Qasımova öz istedadlarını bir daha nümayiş etdiriblər. Finalçıların hər biri dünya estradası ilə yanaşı, Azərbaycan mahnılarını da ifa ediblər. Final konsertində hazırda Maltanın milli seçimlərində münsiflər heyətində təmsil olunan Hüsniyyə Məhərrəmova ilə də telekörpü yaradılıb. Tele-aparıcı və "Eurovision" şərhçisi Maltanın seçimləri ilə bağlı məlumat verib.
Üç saatlıq konsert proqramında finalçılarla yanaşı, "Eurovision" ulduzlarının da çıxışları olub. Şouda Gürcüstanın təmsilçisi Sofo Nijaradze, San-Marinonun "Eurovision-2011"dəki təmsilçisi Senit Zadik, İsveçrənin "Eurovision-2011"dəki nümayəndəsi Anna Rossinelli və digər qonaqlar finalçılara dəstək olublar.
Final konsertində Eurovision TV-nin direktoru Yorqan Frank telekörpü vasitəsilə milli seçim turu iştirakçılarını da salamlayıb. Daha sonra təmsilçinin kim olacağını dəqiqləşdirmək üçün qapalı otağa keçən münsiflər gec də olsa öz rəylərini açıqlayıblar. Bu məqamda zaldakı tamaşaçılara müraciət edən Leyla Əliyeva xalqdan kimi dəstəklədiyini soruşub və tamaşaçılar İlhamə Qasımova və Eldar Qasımovun adını çəkiblər. Münsiflərin rəyini gözləyən tamaşaçılar üçün Səfurə Əlizadə üç mahnı ifa edib.
Nəhayət, 15 dəqiqədən sonra münsiflər heyətinin sədri və İctimai Teleradionun sədri İsmayıl Ömərov qaliblərin adlarını açıqlayıb. Belə ki, bu il "Eurovision 2011" mahnı yarışmasında Azərbaycanı Eldar Qasımov və Nigar Camal təmsil edəcək.
Milli Final konserti İctimai Televiziya ilə yanaşı, Eurovision TV, TRT və Gürcüstanın İctimai Televiziyası ilə canlı yayımlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə