"UNESKO-nun qərarını Azərbaycanın uğuru hesab etmək olar" - MÜSAHİBƏ
Bu günlərdə Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ictimaiyyət və ziyalılar arasında olduqca yüksək qiymətləndirildi. Bu münasibətlə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xalqımızı təbrik etdi. SİA mühüm qərarla bağlı Mədəniyyət Nazirinin məsul işçisi Vasif Eyvazovla müsahibə hazırlayıb. Müsahibəni oxuculara təqdim edirik.
- Vasif müəllim, biz Bakıda keçirilən UNESKO-nun 43-cü sessiyasının şahidi olduq. Ölkəmizlə bağlı verilən mühüm qərarı necə dəyərləndirirsiz?
- Biz çox önəmli, tarixi bir gün yaşadıq. Bu hadisə ölkəmiz üçün olduqca vacib və mühüm idi. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” nominasiyasının qəbul olunması və bu tarixi anın Bakıda yaşanması iştirakçılar üçün unudulmaz oldu. Ölkəmizdə mədəni irsin qorunması Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Ölkəmiz 1992-ci ilin iyunundan UNESKO-ya üzv qəbul olunub. 1996-cı ildə isə UNESKO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanıb. Həmin vaxtdan etibarən BMT-nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əlaqələrimiz genişlənməkdədir. Qeyd edək ki, 2006-cı ildə Qobustan Qoruğunun UNESKO-nun Dünya İrs Siyahısına daxil olmasından sonra bu hadisəni Azərbaycan üçün yeni bir uğur hesab etmək olar. Bu qərar həm də beynəlxalq içtimaiyyətin Azərbaycan mədəniyyətinə verdiyi yüksək qiymətdir. Gözəl haldır ki, biz bu sevinci ölkəmizə yaşada bildik. Bu mədəni irsi bəşəriyyət qarşısında qoruya bilmək, onun mühafizəsini təmin etmək və konservasiya məsələlərini düzgün qura bilmək əsas şərtdir. Bu uğur həm də Şəki ərazisində yaşayan insanlar üçün motevasiya olacaq. Şəkiyə çox sayda qonaqlar, turistlər gələcək. Bununla yanaşı, orada yaşayan insanlar böyüb bir məsuliyyəti də çiyinlərində daşıyacaqşar. Sakinlər eyni zamanda, bu dəyərli abidələri bütün bəşəriyyət qarşısında qorumağa da cavabdehdirlər. Bu ərazilərdə çox sayda mədəni irs nümunələri var. Bu istiqamətdə müəyyən dövlət orqanları ilə bərabər müvafiq işlər aparılacaq və düşünürəm ki, gələcəkdə bir çox uğurlu layihələr olacaq.
- Vasif müəllim, bəs Şəkidəki abidələrlə bağlı YUNESCO-nun öz öhdəliyinə nə düşür?
- UNESCO-nun öhdəliyinə düşməyə gəldikdə isə demək olar ki, bu öhdəliklər 1972-ci ildə qəbul olununan UNESCO konvensiyayası ilə tənzimlənir. Konvensiyanın icra orqanı Dünya İrs Mərkəzidir. Dünya İsr Mərkəzi bu prosesə nəzarət edir. UNESCO məşvərətçi orqanlar vasitəsi ilə ölkələrin öhdəliklərini yerinə yetirməsi işinə nəzarət edir və beynəlxalq standartlara cavab verən konservasiya modellərin tətbiqinə kömək edir.
-Şəkidə irəli zamanlarda hansı mədəni proqramlar təşkil oluna bilər?
- Bu işlərlə məşğul olan şöbələr, Mədəniyyət Nazirliyi çərçivəsində olan qurumlar var. Bununla yanaşı, xalq yaradıcılığı, mədəni irsə dair xidmət şöbələri fəaliyyət göstərir. Bütün bu fəaliyyətlər qarşıda bir çox gözəl layihə və tədbirlərin keçirilməsində öz töhfəsini verəcək. Bir daha qeyd etmək istərdim ki, Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi isə bir daha tariximizə və irsimizə verilən dəyərdir. Çünki “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir.
-
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB