“UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası dünyada mədəni irsin qorunub saxlanılması baxımından mühüm platformadır. Sessiyanın açılış mərasimində ölkənizin Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı dövlətinizin mədəni və maddi irsə verdiyi dəyərin bariz nümunəsidir”. SİA-nın məlumatına görə, bu fikirləri sessiyada iştirak edən ABŞ-ın Minnesota Universitetinin professoru Artun Çen söyləyib.
O,deyib ki, bu tədbir iştirakçı dövlətlərin yeni maddi və qeyri-maddi mədəni irs abidələrinin UNESKO-nun siyahısına salınması üçün səmərəli müzakirələr aparmaq və bu istiqamətdə mühüm qərarlar vermək baxımdan əhəmiyyətlidir. Qonaq xalqımızın qonaqpərvərliyi və mehribanlığını da xüsusi qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB