“Orfeon” kamera xorunun bədii rəhbəri və baş dirijoru Azərbaycana dəvət olunub - FOTO

“Orfeon” kamera xorunun bədii rəhbəri və baş dirijoru Azərbaycana dəvət olunub - FOTO
Türkiyə Radio Televiziya (TRT) qurumunun böyük xorunun və "Orfeon" kamera xorunun bədii rəhbəri və baş dirijoru Elnarə Kərimova Azərbaycana dəvət olunub. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, E. Kərimovanın dəvət olunmasında məqsəd Azərbaycanda xor ifaçılığının inkişaf etdirilməsi üçün gənc yaradıcı musiqiçilərin iştirakı ilə kamera xoru layihəsini həyata keçirmək və gənclərdən ibarət yeni səpkili xor kollektivinin yaratmaqdır.

Qeyd edək ki, Nazirliyin təşəbbüsü ilə fevralın 12-də, saat 12.00-da Beynəlxalq Muğam Mərkəzində yeni yaradılan kollektivin təqdimat mərasimi keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə