“Forum bilgilərin çoxalmasına, böyük təcrübəyə səbəb olacaq”- Açıqlama
Xəbər verdiyimiz kimi, UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən “Abidə Menecerləri Forumu” davam edir. SİA-nın məlumatına görə, Forumda Ümumdünya İrs Mərkəzinin direktoru Mextild Rossler da maraqlı fikirlər səsləndirib.
Mextild Rossler bildirib ki, Azərbaycanda keçirilən bu Forum xüsusilə əhəmiyyətlidir: “Forumun gündəliyinə Abidə Menecerləri Forumunun Dünya İrsi çərçivəsində və Potensial Yaradılması sahəsində məqsəd və obyektləri, Dünya İrsi və Dayanıqlı İnkişaf - 2015-ci il idarəetmə sənədi ilə tanışlıq, Mədəniyyət mənzərələri və Dünya İrsinin xüsusiyyətləri nəzdindəki konservativ tətbiqlərə dair əsas təqdimat və digər mövzular müzakirə olunur. Forum çərçivəsində abidələrlə bağlı maraqlı fikirlər səsləndi və bu Forum bilgilərin çoxalmasına, böyük təcrübəyə səbəb olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB