"Belə müsabiqələr gənclərə yeni yol açır" - Özəl

" Azərbaycanda bədii təhsil sahəsində xalq çalğı alətləri ifaçılığı xüsusi yer tutur. Bu baxımdan müsabiqənin çox böyük əhəmiyyəti var". Bu fikirləri SİA-ya özəl açıqlamasında Xalq artisti Ramiz Quliyev "Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsi"nə münasibət bildirərkən deyib.

Sənətkar əlavə edib ki, müsabiqə bütün musiqi təhsili müəssisələrində çalışan şagird, müəllim və konsertmeysterlərin bacarığını nümayiş etdirmiş oldu: "Çox sevindirici haldır ki, müsabiqə gənclərə yeni bir yol açır. Seçimlər çox şəffaf şəkildə keçirilib və bu gün fəxrlə deyə bilərik ki, musiqi sənətimizin gələcəyi etibarlı əllərdədir və bu sahədə yüksək inkişaf var. Bölgələrdə də bədii təhsil üçün gözəl şərait yaradılıb. Bu gün qalib olan gənclər gələcəkdə musiqimizi mötəbər beynəlxalq müsabiqələrdə təbliğ edəcəklər. Bütün qalibləri təbrik edir, gənclərə sənət yollarında uğurlar arzulayıram”.

Bütün xəbərlər Facebook səhifəmizdə