“Sona ən perspektivli ifaçılar qalıb” - Özəl

“Sona ən perspektivli ifaçılar qalıb” - Özəl

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun dəstəyi, AzTV-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən VII Muğam Televiziya Müsabiqəsi davam edir. “7-ci Televiziya Muğam Müsabiqəsi artıq başa çatmaq üzrədir. Gələn həftə son tur, ondan sonra da final olacaq. Mübarizənin ən gərgin məqamıdır, çünki sona ən perspektivli, ən yaxşı ifaçılar qalıb”. SİA-ya bu varədə VII Muğam Televiziya Müsabiqəsinin icraçı direkroru İlqar Fəhmi bildirib.

O, əlavə edib ki, müsabiqədə ölkəmizin müxtəlif musiqi məktəblərinin təmsilçiləri mübarizə aparır. Bəzən geniş səs imkanlarına məxsus, çox potensiyallı, ifaçılıq baxımından olduqca gözəl səsə malik xanəndə bu müsabiqədə özünü göstərə bilmir. Hərdən bizə irad tuturlar ki, filankəs çıxdı, o yaxşı oxuyurdu. Amma bir şeyi unutmaq lazım deyil ki, bu müsabiqədir və müsabiqənin də öz şərtləri var. Bəzən müsabiqənin ilk mərhələlərində ümid bəslədiyimiz ifaçı bir də görürsən ki, özünü doğrulda bilmir. Bəzən də əksinə olur, əvvəl-əvvəl inamsız baxdığımız gənc bir neçə ifadan sonra özünü əsl xanəndə kimi göstərməyi bacarır”.

Bütün xəbərlər Facebook səhifəmizdə