Robertino Lorettinin konsertinə bilet alan tamaşaçıları sürpriz gözləyir
İtaliyanın tanınmış müğənnisi Robertino Lorettinin fevralın 13-də Bakıda Heydər Əliyev Sarayında keçiriləcək konsertinə bilet alan tamaşaçıları sürpriz gözləyir. Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadənin SİA-ya verdiyi məlumata görə, müğənninin Bakı səhnəsindəkini ilk çıxışını izləmək üçün konsertə bilet alan tamaşaçılardan bəziləri müğənni ilə bir banketdə iştirak imkanı qazanacaq. Bununla yanaşı bilet sahibləri mart ayında keçirilməsi nəzərdə tutulan Leonid Aqutin və Anjelika Varumun konsertinə iki nəfərlik dəvətnamə, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovadan "Nuray" ətri əldə edə biləcəklər.
Əfsanəvi Robertino Loretti Azərbaycan tamaşaçıları ilə Heydər Əliyev Sarayında görüşəcək. Biletlər 60-10 manat arasında satışa çıxarılıb.
Qeyd edək ki, müğənninin konsertini Heydər Əliyev Sarayı təşkil edir. İtaliyalı müğənni Azərbaycanda ilk dəfə Sarayın səhnəsində çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB