Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Fəcr Teatr Festivalına hazırlaşır

Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Fəcr Teatr Festivalına hazırlaşır

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup aktyoru İran İslam Respublikasının "Dramatik İncəsənət Mərkəzi"nin dəvəti ilə Beynəlxalq Fəcr Teatr Festivalında iştirak etmək üçün fevralın 3-də İrana yola düşəcək. Bu barədə SİA-ya teatrdan məlumat verilib.

Məlumata görə, kollektiv fevralın 5-də İran İslam Respublikasının Gülüstan vilayətinin Kurqan şəhərində U.Şekspirin "Otello" tamaşası ilə çıxış edəcək. Səfərə yola düşəcək qrupun tərkibinə teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova, əməkdar artistlər- İlqar Cahangirov, Leyli Vəliyeva, Şövqi Hüseynov, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Seyidşah Məmmədov, akytorlar İradə Rəşidova, Vüqar Məmmədəliyev, Rəşad Səfərov, Rövşən Abbasov, Aydın Dəmirov, Şəbnəm Hüseynova, Günel Məmmədova daxildir.

Qeyd edək ki, tamaşanın quruluşu, səhnə və musiqi tərtibatı xalq artisti, mərhum rejissor İrina Perlovaya məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə