İranın “Kojara” turizm portalında Bakı haqqında material dərc olunub. Materialda Bakının gözəlliklərindən bəhs edilir. Nəzərə çatdırılıb ki, Bakının mərkəzində tarixi “Tarqovı” küçəsində suvenirlər satılan mağaza var. Hər bir turist Bakı haqqında xoş xatirələri yaşatmaq məqsədilə buradan suvenir alır. SİA-nın məlumatına görə, turizm portalı yazır ki, Bakıda satılan suvenirlər Azərbaycan mədəniyyətinin və incəsənətinin yadigarıdır.
Qeyd edək ki, portal Bakının dünyanın gözəl şəhərlərindən biri olduğunu bildirir və iranlı turistlərə yayda istirahətini məhz bu şəhərdə keçirməyi məsləhət görür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB