Mədəniyyətlərarası Dialoq Forumuna bir sıra beynəlxalq təşkilatların rəhbərləri qatılacaq
Mayın 2-3-də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nun birgə tərəfdaşlığı ilə V Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, forum “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” mövzusuna həsr edilib.
V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə BMT-nin Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Miguel Moratinos, YUNESKO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Əl-Naşif, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Ahmed Əl-Otaimen, İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri, Avropa Şurası Baş katibinin müavini Gabriella Battaini Dragoni ölkəmizə səfərə gəlir.
Qeyd edək ki, 2 gün davam edəcək forum çərçivəsində insan həmrəyliyini yaratmaq və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə yerli insanlara kömək etmək üçün (praktiki strategiya kimi) mədəniyyətlərarası dialoqun rolu öyrəniləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB