"Hamı dincəlirdi, Çingiz Abdullayev isə yeni romanını yazırdı"
"Çingiz Abdullayev olduqca istedadlı və işgüzar insandır. Onun həm də yüksək yumor hissi var. Xarici səfərlərin birində yol yoldaşı idik. Hamı dincəlirdi, Çingiz Abdullayev isə yeni romanını yazırdı". Bu sözləri bu gün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Maraqlı insanlarla görüş” klubunun növbəti məşğələsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib. Yazıçı əlavə edib ki, Çingiz Abdullayevin çoxsaylı romanları buna əyani sübutdur:"Çingiz Abdullayevi təbrik edir və ona yeni yaradıcılıq uğurları arzulayıram”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB