"İnsanların həyatında müsbət rol oynamaq lazımdır" - ÖZƏL- MÜNASİBƏT

"İnsanların həyatında müsbət rol oynamaq lazımdır" - ÖZƏL- MÜNASİBƏT

"Hər insanın həyatında, yaradıcılığında rol oynayan insanlar var. Mənim yaradıcılığımda da belə insanlar olub. Çalışmaq lazımdır ki, insanların həyatında mənfi yox, müsbət rol oynayasan". Bu sözləri SİA-ya açıqlamasında sevilən müğənni Nüşabə Ələsgərli deyib.

Xanım müğənni əlavə edib ki, əvvəllər cəmiyyətdə bu qədər neqativ hallar olmurdu: "Biz həmişə sənətə, sənətkara hörmət görmüşük. İndi insanlar bir-birinin sanki mənfi tərəfini tapmağa, onu işıqlandırmağa çalışır. Bu, belə olmamalıdır. Həm jurnalistlər, həm də səhnə adamları çalışıb müsbət olanı cəmiyyətə təbliğ etməlidirlər ".

Bütün xəbərlər Facebook səhifəmizdə