Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin bazasında "Rus muzeyi: virtual filial" adlı informasiya-təhsil mərkəzi fəaliyyətə başlayacaq. SİA-nın xəbərinə görə, bu barədə Dövlət Rusiya Muzeyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, yeni filial 22 yanvar tarixindən öz işinə başlayacaq. Yeni filialın açılışı 2010-cu il Pekində Rusiya Muzeyi ilə Müstəqil Dövlətlər Birliyinin Federal Agentliyi arasında imzalanan uzunmüddətli əməkdaşlıq haqqında sazişə əsasən reallaşıb.
Ruisya İnformasiya və Mədəniyyət Mərkəzinin yeni 5 mərtəbəli binası lazımı avadanlıqlar, texnika və aparatlarla təchiz olunub. Bundan əlavə, yeni binada kino, konsert, sərgi və konfrans zalları mövcuddur.
Qeyd edək ki , informasiya-təhsil mərkəzi olan "Rus muzeyi: vitual filial" təhsil və ölkədaxili əlaqələrin inkişafı vəzifələrini icra edir. Bu günə qədər mədəniyyət və təhsil müəssisələri əsasında 78 informasiya və təhsil mərkəzi olan "Rus müzeyi: virtual filial"ı açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB