"Ölkə rəhbəri cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Azərbaycan musiqisinə, teatrına və ümumilikdə, mədəniyyətimizə göstərdikləri bu diqqət çox sevindirici haldır. İllərdir ömrünü mədəniyyətin inkişafına həsr edən ziyalılar, müəllimlər, bir sözlə bütün mədəniyyət adamları bu diqqətin qürurunu yaşayır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, tanınmış saz ustası Altay Məmmədov deyib.
A.Məmmədov bildirib ki, bu gün Prezident İlham Əliyevin musiqi mədəniyyətinə verdiyi töhfələrdən biri də Azərbaycan Aşıq Sənəti Muzeyi binasının tikintisi ilə bağlı Sərəncamın imzalanmasıdır: "Prezidentimizin mədəniyyət sahəsinə olan diqqətindən biz sənət adamları böyük ruh yüksəkliyi keçiririk. Aşıq sənətinin xaricdə tanınmasında Heytdər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın böyük əməyi olmuşdur. Ustad sənətkarların ifalarından ibarət olan musiqi albomu hazırlanmış və təqdim edilmişdir. Bütün bunlar mədəniyyətimizə olan qayğının və sevginin göstəricisidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB