Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi "5 mart- Bədən tərbiyəsi və İdman Günü" münasibəti ilə tədbir keçirib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə İdarə rəhbəri Raqif Abbasov açaraq idmançıları salamlayıb. Raqif Abbasov ölkəmizin idman arenasında qazandığı uğurlarından danışıb.
Daha sonra "5 mart- Bədən tərbiyəsi və İdman Günü" münasibəti ilə bir sıra idmançı və idman mütəxəssisi mükafatlandırlılıb.
Sonda Sehvəddin Məmmədovun müəllifi olduğu "İdman və sağlamlıq" kitabının təqdimatı olub. Qeyd edək ki, kitab Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sifarişi ilə "5 mart- Bədən tərbiyəsi və İdman Günü"nə həsr edilib. Kitabın ön söz müəllifi Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB