"Bu, Azərbaycan musiqisinə, mədəniyyətinə böyük töhfədir" - MÜNASİBƏT

"Bu, Azərbaycan musiqisinə, mədəniyyətinə böyük töhfədir" - MÜNASİBƏT

"Mehriban xanım Azərbaycan mədəniyyətinə, onun inkişafına xüsusi diqqətələ yanaşır. Musiqi sahəsində Mehriban xanımın gördüyü işlər göz qabağındadır. Biz hər zaman bir yerdə gözəl tədbirlər keçirmişik". Bu sözləri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə deyib.

Xalq artisti vurğulayıb ki, məhz Mehriban Əliyevanın diqqəti və dəstəyi nəticəsində 2003-cü ildə Azərbaycanın muğam sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib: "Eyni zamanda, Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bütün bunlar Mehriban xanımın Azərbaycan musiqisinə, mədəniyyətinə böyük töhfəsidir. Ölkə Prezidentinin və Birinci xanımın mədəniyyətə, incəsənətə göstərdiyi diqqət hər zaman davam edir. Bu istiqamətdə çox sayda layihələr həyata keçirilib və bundan sonra da bu addımlar davam etməkdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə