ŞHK-nun televiziya liqasının 1/4 mərhələsinin görüşləri keçirilib
Gənc Tamaşaçılar Teatrında ŞHK-nun ATV televiziya liqasının 1/4 mərhələsinin görüşləri keçirilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda ustalıqla yerinə yetirilən tapşırıqları ilə seçilən "Xalxın uşaqları", "Subaylar", Bakı Dövlət Universitetinin yığma komandası, "FizAka", "Genezis" və "Qadınlar batolyonu" komandaları yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Komandaların çıxışlarına münsiflər heyətinin üzvləri müğənni Roza Zərgərli, aktyor və aparıcı Elcan Rəsulov, rejissor Aqil M. Quliyev, aktyor və ssenarist Məcid Hüseynov, Şən Hazırcavablar Klubunun rəhbəri Rəşad Əzizov tərəfindən qiymət verilib.
Sonda Şən Hazırcavablar Klubunun rəhbəri Rəşad Əzizov çıxış edərək ilk növbədə Gənclər və İdman Nazirliyinə, Təhsil Nazirliyinə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinə Şən Hazırcavablar Klubuna göstərdikləri köməyə və dəstəyə görə xüsusi minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB