Xəyyam Mirzəzadənin “Fikirlər, düşüncələr və məqalələr” adı kitabının təqdimatı keçirilib- FOTO
Bu gün Azərbaycan musiqi mədəniyyətinin görkəmli xadimi, bəstəkar və xalq artisti Xəyyam Mirzəzadənin "Fikirlər, düşüncələr və məqalələr" adı kitabının təqdimatı keçirilib. Kitab 2 hissədən- bəstəkarın məqalələri və onun müsahibələrindən ibarətdir.
SİA-nın məlumatına görə, təqdimatda çıxış edən Vaqif Səmədoğlu bildirib ki, bu kitab dövri mətbuatda dərc olunan məqalə və müsahibələrini əhatə edən ilk topludur. Kitab ali məktəblərin müəllim və tələbələri, musiqişünaslıq üzrə mütəxəssislər və ümumilikdə bəstəkarın yaradıcılığı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Xəyyam Mirzəzadənin bu kitabı həm elmi populyar, həm də monoqrafik xarakter daşıyır. Hər bir hissənin materialları tarixi xronoloji ardıcıllıqla təqdim olunaraq görkəmli sənətkarın yaradıcı və elmi təkamül yolunu izləməyə imkan verir.
Daha sonra söz alan müəllif Xəyyam Mirzəzadə vurğulayıb ki, bu kitabda onun 50-ci ildən bu günə qədər mətbuatda çıxan məqalələri yer alıb: "Kitabın II hissəsində isə mənim jurnalistlərə verdiyim müsahibələrim çap olunub. Kitabın II hissəsinin müəllifi demək olar ki, siz jurnalistlərsiniz".
Məlumat üçün bildirək ki, kitabın tərtibçisi sənətşünaslıq namizədi və xalq artistinin tələbəsi Kəmalə Ələsgərlidir.
Qeyd edək ki, kitab Xəyyam Mirzəzadənin anadan olmasının 75 illik yubileyinə həsr olunub. Kitab 500 tirajla çap olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB