Olimpiya çempionu: "Hamımız gənclərin sağlamlığı üçün çalışmalıyıq" Özəl
Olimpiya çempionu Zemfira Meftəhətdinova Gənclər Günü münasibəti ilə bütün gəncləri təbrik edib. SİA-ya açıqlamasında gənclərin əhatəsində olmaqdan olduqca məmnunluq bildirən idmançı özünün də rununun gənc olduğunu bildirib: "Mən gənclərimizi bu gün münasibəti ilə təbrik edirəm. Gənclik özü gözəllikdir, sağlamlıqdır. Mən gənc yaşlarımdan idmanla məşğul olmuşam. Gənclik zamanı insan formalaşır və həyata baxışı onu gələcək arzularına aparır. Ölkəmizdə istedadlı gənclərimiz olduqca çoxdur. Gənclərin istedadına həmişə şahid olmuşam. Bizim gənclik həm də bacarıqlı və vətənpərvərdir. Gənclərlə çalışmaq da çox maraqlıdır. Onlar gələcəyimizdir və biz hamımız gənclərin fiziki və mənəvi sağlamlığı üçün çalışmalıyıq. İdman asahəsində bu gün gənclərin sayı daha çoxdur. Bu da ölkə rəhbərimizin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir. İndiki gənclik olduqca şanslıdır çünki onlar üçün hər bir şərait yaradılır. Bütün gəncləri və özünü gənc hiss edən bütün insanları bir daha təbrik edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB